Главная > Dünya > Myanmada partlayışda 5 dövlət qulluqçusu ölüb
Myanmada partlayışda 5 dövlət qulluqçusu ölüb4-09-2023, 18:30. Разместил: azadses |
Myanmanın Tailandla sərhəddə yerləşən Myavadi şəhərində hökumət binasında baş verən partlayış nəticəsində azı 5 məmur və təhlükəsizlik işçisi ölüb, 11 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindəki mənbələr bildirib. İlk iki partlayış polis idarəsi və administrasiyanın yerləşdiyi binada baş verib, lakin heç kim xəsarət almayıb. Sonra daha iki partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər - bir hərbi qulluqçu, iki polis və iki administrasiya əməkdaşı həlak olub. Hüquq-mühafizə orqanlarının 11 nümayəndəsi ağır yaralanıb. Вернуться назад |