Главная > Dünya > “Rusiyanın COVID-19 peyvəndi yetərincə test edilməyib”
“Rusiyanın COVID-19 peyvəndi yetərincə test edilməyib”12-08-2020, 10:34. Разместил: azadses |
“Rusiyanın COVID-19 peyvəndi yetərincə sınaqdan keçirilməyib”. “Qafqazinfo” “TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə naziri Yens Şpan bildirib. Onun sözlərinə görə, bu qədər erkən dövrdə peyvəndləməyə başlamaq təhlükəli ola bilər. “Milyonlarla, hətta milyardlarla insanı erkən peyvənd etməyə başlamaq təhlükəli ola bilər. Mən Rusiyada baş verənlərə çox şübhə ilə yanaşıram. Əsas problem rusların bizə çox şey izah etməməsidir. Bu, kifayət qədər test edilmədi”,- deyə Şpan qeyd edib. Nazir pandemiya dövründə belə sınaqların aparılmasının və nəticələrin xalqa açıq elan edilməsinin etibarlılıq baxımından çox vacib olduğunu da sözlərinə əlavə edib. Xatırladaq ki, avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin “Gamaleya” İnstitutu tərəfindən istehsal edilən ölkənin ilk COVID-19 peyvəndinin Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndiyini açıqlamışdı. Вернуться назад |