Главная > Dünya > Rusiya Türkiyəyə qaz qovşağı ilə bağlı yol xəritəsi təqdim edib

Rusiya Türkiyəyə qaz qovşağı ilə bağlı yol xəritəsi təqdim edib


13-10-2023, 15:23. Разместил: azadses
Rusiya qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayıb və onu Türkiyəyə təqdim edib.

“Report” xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak “RT Arabik”ə müsahibəsində bildirib.

“Hazırda bu layihə müzakirə mərhələsindədir, yol xəritəsi hazırlanıb və türkiyəli tərəfdaşlara təqdim edilib. Onlar bunu nəzərdən keçirirlər. Yol xəritəsi imzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”, - o vurğulayıb.


Вернуться назад