Главная > Dünya > Qazaxıstan Rusiyaya hərbi məhsulların ixracını dayandırıb

Qazaxıstan Rusiyaya hərbi məhsulların ixracını dayandırıb


19-10-2023, 17:04. Разместил: azadses
Qazaxıstan qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 adda hərbi məhsulun və onların ehtiyat hissələrinin tədarükünü dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.

O bildirib ki, tətbiq olunan sanksiyalar səbəbindən Rusiyaya pilotsuz təyyarələr, onların ehtiyat hissələri, ixtisaslaşdırılmış elektronika, çiplər və buna bənzər məhsulların ixracı dayandırılıb.

Nəcməddin Quluzadə


Вернуться назад