Главная > Dünya > Politoloq: "Gürcüstanın “3+3” regional formatında iştirakı Avropa liderlərinin narazılığına səbəb ola bilər"
Politoloq: "Gürcüstanın “3+3” regional formatında iştirakı Avropa liderlərinin narazılığına səbəb ola bilər"23-10-2023, 16:07. Разместил: azadses |
"Gürcüstanın “3+3” regional formatı çərçivəsində Tehran görüşündə iştirakı Avropa liderlərinin narazılığına, Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mənfi qərar verilməsinə səbəb ola bilər. Buna görə də Gürcüstan rəhbərliyi bu iştirakdan ehtiyat edir". Bu fikri "Report"un yerli bürosuna Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri politoloq Levan Mamaladze deyib. O qeyd edib ki, bu ilin sonuna qədər Gürcüstanın Avropa İttifaqı üzvlüyünə təsdiq edilməsi ilə bağlı qərar qəbul olunacaq: "Əslində, Gürcüstan tərəfi Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə olan masada əyləşməyə çox maraqlıdır. Lakin hazırkı dövrdə Avropaya doğru gedildiyi üçün belə qərar doğru olmazdı. İlin sonunda Avropanın Gürcüstanla bağlı qərarından sonra "3+3" regional formatı ilə bağlı hansı addımlar atacağımız bəlli olacaq". Qeyd edək ki, Gürcüstan bu gün Tehranda “3+3” regional formatı çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək. Вернуться назад |