Главная > Dünya > Rusiyadan 15 minə yaxın miqrant deportasiya edilib

Rusiyadan 15 minə yaxın miqrant deportasiya edilib


8-11-2023, 09:22. Разместил: azadses
“Qanunsuz 2023” əməliyyatı zamanı 15 minə yaxın miqrant Rusiya ərazisindən deportasiya edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat çərçivəsində federal və beynəlxalq axtarışda olan 447 nəfər müəyyən edilib.

Əməliyyatlar bu il iyunun 19-dan 25-dək və oktyabrın 2-dən 8-dək aparılıb. Rusiya DİN rəsmisi əlavə edib ki, əməliyyat nəticəsində miqrasiya qanunvericiliyinin 96 minə yaxın pozuntusu müəyyən edilib.


Вернуться назад