Главная > Dünya > Çexiya rəhbəri: “Belarusda təkrar seçkilər keçirilməlidir”

Çexiya rəhbəri: “Belarusda təkrar seçkilər keçirilməlidir”


14-08-2020, 09:46. Разместил: azadses
“Belarusda seçkilər yenidən keçirilməlidir. Bu dəfə seçilər şəffaf və xarici müşahidəçilərin iştirakı ilə keçirilməlidir”.
“Report” xəbər verir ki, bunu Çexiyanın baş naziri Andrey Babiş “Twitter”də yazıb.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Вернуться назад