Главная > Dünya > Alimlər supertif alovlanmasının təhlükə yaratdığı ölkələri müəyyən ediblər
Alimlər supertif alovlanmasının təhlükə yaratdığı ölkələri müəyyən ediblər12-11-2023, 09:42. Разместил: azadses |
ABŞ-nin Konnektikut ştatındakı Yel İctimai Səhiyyə Məktəbindən olan amerikalı alimlər supertif kimi tanınan geniş dərman çeşidinə davamlılığına malik qarın yatalağının alovlanmasının ilk növbədə hansı ölkələrə təhlükə yaratdığını müəyyən ediblər. “Report” xəbər verir ki, tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc olunub. Qarın yatalağına “Salmonella Typhi” (S. Typhi) bakteriyası səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verilənlərinə görə, 2019-cu ildə 9 milyon insan bu xəstəlikdən əziyyət çəkib. Xəstəlik 110 min insanın həyatına son qoyub. “S. Typhi”nin geniş dərman çeşidinə davamlı ştamı 2016-cı ildə Pakistanda ortaya çıxıb və o vaxtdan ölkədə patogenin ən çox yayılmış variantına çevrilib. Yatalağın su və tərkibində “S.Typhi” olan nəcislə çirklənmiş qida vasitəsilə yayıldığına görə sanitar və təmiz su səviyyəsi yüksək olan ölkələrdə onun yayılması ehtimalı azdır. Araşdırmaçılar səylərin hara yönəldiləcəyini daha yaxşı anlamaq üçün Pakistandan gələn aviasəyahətlərin sayını digər ölkələrdə illik qarın yatalağı xəstəliyinə dair üç dəst hesablama ilə müqayisə edərək, böyük alovlanma və ya supertifin davamlı ötürülməsi ehtimalı yüksək olanları müəyyən ediblər. Təhlil zamanı müəyyən edilmiş ən həssas ölkələrin ilk onluğu Əfqanıstan, Banqladeş, Hindistan, Şri-Lanka, İndoneziya, Malayziya, Filippin, Tailand, Uqanda və Keniya olub. Elm adamları qeyd ediblər ki, Əfqanıstan Pakistandan gələnlərin çoxluğu, habelə səhiyyə və humanitar yardım sahəsində böhran səbəbindən xüsusilə həssas olaraq qalır. Вернуться назад |