Главная > Dünya > Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq planlarını təsdiqləyib
Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq planlarını təsdiqləyib13-11-2023, 11:09. Разместил: azadses |
Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir. Bu məqsədlər üçün əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. Onun sözlərinə görə, Almaniya bu işdə 2023-cü ilin təcrübəsini rəhbər tutur və bu, planlaşdırılan məbləğlərin tez tükəndiyini göstərib: “Bu, Ukraynaya güclü siqnaldır və bizim təslim olmadığımızı göstərir”. Вернуться назад |