Главная > Dünya > Çinin XİN başçısı Səudiyyə Ərəbistanı və İranla komissiyanın ilk iclasını keçirib

Çinin XİN başçısı Səudiyyə Ərəbistanı və İranla komissiyanın ilk iclasını keçirib


16-12-2023, 09:41. Разместил: azadses
Çinin xarici işlər naziri Van İnin sədrliyi ilə Çin-Səudiyyə Ərəbistanı-İran Komissiyasının ilk iclasında Yaxın Şərqdə beynəlxalq əməkdaşlıq məsələləri və Fələstin-İsrail münaqişəsi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda məsləhətləşmələrin dekabrın 15-də Pekində keçirildiyinə aydınlıq gətirilir. Onlar Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xereyci və iranlı həmkarı Əli Baqeri Kani iştirak ediblər.

Van İ deyib ki, Çin müstəqil şəkildə müstəqil inkişaf yolunu seçməkdə Yaxın Şərq xalqlarını həmişə dəstəkləyib. O, ÇXR-in təhlükəsizlik məsələlərinin həllində bu region dövlətlərinin həmrəyliyinin tərəfdarı olduğunu vurğulayıb.

“Çin tərəfi Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin yaxşılaşdırılması prosesini dəstəkləyir”, - xarici işlər naziri əlavə edib.

Onun sözlərinə görə, Pekin “mehriban qonşuluq Səudiyyə-İran münasibətlərinin formalaşmasına yeni təkan vermək və Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə daha bir töhfə vermək” üçün üçtərəfli qarşılıqlı fəaliyyət formatından istifadə etməyə hazırdır.


Вернуться назад