Главная > Dünya > Buryatiyada baş verən yanğın nəticəsində bir qadın və uşaq ölüb
Buryatiyada baş verən yanğın nəticəsində bir qadın və uşaq ölüb30-12-2023, 18:49. Разместил: azadses |
Rusiya Federasiyasının Buryatiya Respublikasının Tunkinski rayonunda fərdi yaşayış evində baş verən yanğında qadın və uşaq ölüb. "Report" xəbər verir ki, bu barədə Respublika Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Tunkinski rayonunda evdə yanğın baş verməsi barədə məlumat daxil olub. Evin dam örtüyü və ona bitişik aynabənd yanıb. Bildirilib ki, yanğın zamanı 52 yaşlı qadın və 2020-ci il təvəllüdlü uşaq ölü halda tapılıb. Вернуться назад |