Главная > Dünya > Jozep Borrell Livana səfərinin məqsədini açıqlayıb
Jozep Borrell Livana səfərinin məqsədini açıqlayıb6-01-2024, 13:53. Разместил: azadses |
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Qəzzadakı müharibənin Livan və bölgəyə təsiri ilə bağlı Beyrutda əhəmiyyətli görüşlər keçirəcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb. "Bu çətin vaxtda dəstək göstərmək üçün Livana qayıtmaqdan şadam. Qəzzadakı müharibənin Livan və bölgəyə təsiri ilə bağlı əhəmiyyətli görüşlər olacaq", - diplomat bildirib. J.Borrell əsas məqsədin regional gərginliyin qarşısını almaq olduğunu qeyd edib: "Prioritet regional gərginliyin qarşısını almaq, həmçinin İsrail, Fələstin və regionda ədalətli və dayanıqlı sülhə nail olmaq üçün şərait yaratmaq məqsədilə diplomatik səyləri inkişaf etdirməkdir". Вернуться назад |