Главная > Dünya > İsrail-Fələstin sərhədində avtomobil partladılıb, ölən və yaralananlar var

İsrail-Fələstin sərhədində avtomobil partladılıb, ölən və yaralananlar var


7-01-2024, 13:49. Разместил: azadses
Fələstinin Cenin şəhərində İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir israilli polis ölüb, üçü yaralanıb.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Bildirilib ki, Cenində “Jeep” markalı avtomobilin partladılması nəticəsində sərhəd polisinin 4 döyüşçüsü yaralanıb. Onlardan biri - 19 yaşlı sərhəd polisi çavuş Şay Qarmai ölüb, ikisi ağır, biri isə orta dərəcədə yaralanıb.

Məlumata görə, yaralılar hospitala yerləşdirilib.

İnformasiyaya əsasən, İsrail Müdafiə Ordusunun aviasiyası “Jeep”in partladılmasında iştirak edən silahlıların mövqeyini atəşə tutub.

Fələstinin rəsmi qurumlarının məlumatına görə, İsrail qüvvələrinin Ceninin Şah Daa rayonunda keçirdiyi əməliyyatda 6 fələstinli silahlı həlak olub.


Вернуться назад