Главная > Dünya > ABŞ-nin Türkiyəyə “F-16” tədarükü 2028-ci ilə qədər uzana bilər
ABŞ-nin Türkiyəyə “F-16” tədarükü 2028-ci ilə qədər uzana bilər12-02-2024, 15:30. Разместил: azadses |
Türkiyənin ABŞ-dən istədiyi yeni “F-16” qırıcılarının tədarükü çoxsaylı sifarişlər səbəbindən 2028-ci ilə qədər uzana bilər. "Report" xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb. Qeyd edilib ki, ötən gün ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib: “Artıq istehsalçı ilə müvafiq qurumlar arasında danışıqlara başlanılacaq”. Bildirilib ki, çoxsaylı sifarişlər səbəbindən yeni qırıcıların çatdırılması gecikə bilər. Вернуться назад |