Главная > Dünya > Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb

Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb


9-03-2024, 11:17. Разместил: azadses
Çin İstehlak Qiymətləri İndeksi (CPI) fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% artıb və ölkədə ötən ilin avqustundan bəri ilk dəfə olaraq yenidən inflyasiya tendensiyası yaranıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən ilin avqustunda ölkədə İstehlak Qiymətləri İndeksi 0,1 faiz bahalaşmışdı.

Oktyabrda indeks 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2%, noyabrda 0,5%, dekabrda 0,3%, yanvarda isə 0,8% azalıb. Fevralda qiymətlər yanvar ayı ilə müqayisədə 1% artıb.

Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz bahalaşıb, istehlak mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.

Çin hökuməti 2024-cü ildə qiymətlərin 3% artacağını gözləyir.


Вернуться назад