Главная > Dünya > Kaliforniyanın şimalında zəlzələ olub
Kaliforniyanın şimalında zəlzələ olub5-04-2024, 17:53. Разместил: azadses |
ABŞ-nin Kaliforniya ştatının şimalında 4,5 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib. Xidmətin verilənlərinə əsasən, zəlzələnin episentri ştatın Belden yaşayış məntəqəsindən 6 km şimal-qərbdə yerləşib. "CBS News"a görə, Şimali Obern və Qərbi Sakramento sakinləri zəlzələni hiss etdiklərini bildiriblər. Tələfat və dağıntı barədə məlumat verilməyib. Вернуться назад |