Главная > Dünya > Şolts “Patriot” sisteminin Ukraynaya veriləcəyini təsdiqləyib
Şolts “Patriot” sisteminin Ukraynaya veriləcəyini təsdiqləyib14-04-2024, 10:28. Разместил: azadses |
Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Şolts və Zelenski danışıqlar zamanı Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi variantlarını müzakirə ediblər. Tərəflər Kiyevin tərəfdaşlarının bu istiqamətdə səy göstərməsinin zəruriliyi barədə razılığa gəliblər. Şolts həmçinin Zelenskiyə Berlinin Kiyevə daha bir “Patriot” sistemi göndərəcəyi barədə məlumat verib. Qeyd edək ki, bundan əvvəl Zelenski sosial şəbəkələrdəki hesabında Almaniya kansleri ilə məhsuldar söhbət etdiyini açıqlayıb. NTV telekanalı həmçinin bildirib ki, Almaniya Müdafiə Nazirliyi yaxın vaxtlarda Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcəyini vəd edib. Вернуться назад |