Главная > Dünya > Vaşinqton Rusiya uranının idxalına qadağa qoyulmasını araşdırır

Vaşinqton Rusiya uranının idxalına qadağa qoyulmasını araşdırır


30-04-2024, 11:13. Разместил: azadses
Amerika hakimiyyəti Rusiyadan zənginləşdirilmiş uranın tədarükünü qadağan etmək imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Qeyd olunub ki, bu məsələ Milli Təhlükəsizlik Şurası, Energetika Nazirliyi və prezident Cozef Bayden administrasiyasının digər qurumları tərəfindən araşdırılır.

Ötən ilin dekabrında Nümayəndələr Palatası Rusiyada və ya onun müəssisələrində istehsal olunan uranın idxalının 2040-cı ilə qədər qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.

Məsələ ilə bağlı hələ heç bir qərar verilməsə də, mənbələr icraedici orqanların Konqresin qanunları qəbul etməsinə üstünlük verəcəyini bildirib.

Energetika Nazirliyinin məlumatına görə, Rusiya ABŞ-a ən böyük uran tədarükçüsüdür və ölkədə istifadə olunan yanacağın demək olar ki, dörddə birini təmin edir. Uran müqabilində Moskva hər il təxminən 1 milyard dollar alır.


Вернуться назад