Главная > Dünya > Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinq başa çatıb

Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinq başa çatıb


2-05-2024, 13:00. Разместил: azadses
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz aksiyası başa çatıb.

“Report” bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.

Rustaveli prospektində parlament binası qarşısında onlarla etirazçı hələ də qalmaqdadır. Ərazidə polis əməkdaşları da var. Onlar etirazçılara bildiriblər ki, tezliklə şəhər xidmətləri prospektə çıxacaq və yolu təmizləyəcək.


Вернуться назад