Главная > Dünya > Pentaqon Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair heç bir əlamət aşkar etməyib
Pentaqon Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair heç bir əlamət aşkar etməyib8-05-2024, 13:00. Разместил: azadses |
ABŞ Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət qeydə almayıb. “Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh keçirdiyi növbəti brifinqdə bildirib. Ondan Rusiya Müdafiə Nazirliyinin elan etdiyi təlimlərə münasibət bildirməsi istənilib. Belə ki, bu təlimlər zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqdan keçirilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək. “Nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük. Biz Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət görmədik. ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün başladığı təlimləri tamamilə məsuliyyətsizlik hesab edir”, - deyə o bildirib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Baş Qərargah aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək. Вернуться назад |