Главная > Dünya > ABŞ Dövlət Departamenti Rumıniyaya AIM-9X raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Rumıniyaya AIM-9X raketlərinin satışını təsdiqləyib


15-05-2024, 08:51. Разместил: azadses
ABŞ Dövlət Departamenti Rumıniyaya "hava-hava" tipli “AIM-9X Sidevinder Block II” raketləri və onun avadanlıqlarının təxminən 340,8 milyon ABŞ dolları dəyərində satılması ilə bağlı mümkün razılaşmanı təsdiqləyib.

“Report”un xəbərinə görə, bu barədə Pentaqonun tabeliyindəki təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi məlumat verib.

"Dövlət Departamenti Rumıniya hökumətinə “AIM-9X Sidevinder Block II” raketlərinin və müvafiq avadanlıqların təxmini dəyəri 340,8 milyon ABŞ dolları olan xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - qurumun açıqlamasında deyilir.

Rumıniya əvvəllər bu tipli 300 raketin alınmasını xahiş edib.


Вернуться назад