Главная > Dünya > Argentinada apreldə aylıq inflyasiya 8,8 %-ə enib
Argentinada apreldə aylıq inflyasiya 8,8 %-ə enib15-05-2024, 10:28. Разместил: azadses |
Argentinada aprel ayında qiymət artımı 8,8% təşkil edib ki, bu da marta nisbətən 2,2 faiz azdır. “Report” xəbər verir ki, bu, barədə respublikanın Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatlarda bildirilir. "İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin aprel ayında 8,8 %, ilin əvvəlindən 65 % artıb. Ötən ilin eyni ayı ilə müqayisədə artım 289,4 % təşkil edib", - hesabatda deyilir. Ötən ilin dekabrında inflyasiya 25,5 %, yanvar ayında 20,6 %, fevralda 13,2 % təşkil edib. Hesabat tərtibçilərinin məlumatına görə, aprel ayında ən çox kommunal xidmətlər bahalaşıb (+35,6 %). Siyahıda ikinci yerdə rabitə xidmətləri (+14,2 %) və geyim (+9,6 %) qarşılaşıb. Ərzağın qiymətləri 6 % artıb. Вернуться назад |