Главная > Dünya > Stoltenberq vahid Avropa ordusunun yaradılmasının əleyhinədir
Stoltenberq vahid Avropa ordusunun yaradılmasının əleyhinədir25-05-2024, 15:30. Разместил: azadses |
NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın vahid ordusunun yaradılmasına qarşı çıxıb. “Report” xəbər verir ki, bu barədə o, “The Economist”ə müsahibəsində açıqlayıb. Alyans başçısı Avropanın müdafiə xərclərini artırmaq səylərini alqışlasa da, Avropa İttifaqının Şimali Atlantika Alyansını əvəz edə bilməcəyini vurğulayıb. “NATO əsas struktur olmalıdır, lakin biz Aİ-nin səylərini alqışlayırıq, o vaxta qədər ki, onlar NATO ilə rəqabət aparmır və ya onu təkrarlamır”, – Baş katib bildirib. Вернуться назад |