Главная > Dünya > S&P Fransanın kredit reytinqini azaldıb
S&P Fransanın kredit reytinqini azaldıb1-06-2024, 08:00. Разместил: azadses |
“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq 2023-cü ildə büdcə kəsiri və mənfi iqtisadi proqnozlar fonunda Fransanın kredit reytinqini “AA”dan “AA-“yə endirib. “Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Qeyd olunub ki, reytinq agentliyi 2023-cü ildə büdcə kəsirinin gözləniləndən çox olduğunu nəzərə alıb. Bundan əlavə, S&P Fransanın büdcə kəsirinin 2027-ci ilə qədər ÜDM-in 3%-nə qayıdacağını gözləmir. “France info” radiosunun məlumatına görə, büdcə kəsirinin 2023-cü ildə ÜDM-in gözlənilən 4,9%-dən faktiki 5,5%-ə yüksəlməsinə Çin iqtisadiyyatının yavaşlaması və Ukraynadakı münaqişə kimi xarici amillər səbəb olub. İqtisadçıların fikrincə isə 2024-cü ildə büdcə kəsiri də proqnoz intervalında (təxminən 4,4%) qala bilməz. Bu rəqəm ilin sonunda ÜDM-in 5,1%-5,2%-i ola bilər. Bundan əvvəl Fransa hakimiyyəti 2027-ci ilə qədər büdcə kəsirini ÜDM-in 3%-nə endirmək məqsədinə sadiq olduqlarını bəyan etmişdi. Bu, Avropa İttifaqı səviyyəsində müəyyən edilmiş maksimum kəsirdir. Вернуться назад |