Главная > Dünya > "Bloomberg": ABŞ-nin sursat ehtiyatları tükənib
"Bloomberg": ABŞ-nin sursat ehtiyatları tükənib8-06-2024, 13:52. Разместил: azadses |
ABŞ Ukraynanın istədiyi artilleriya mərmilərini istehsal etmək gücünə malik deyil. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Ukraynada müharibə başlamazdan əvvəl ABŞ ayda 14 400 mərmi istehsal edirdisə, indi Vaşinqton 2024-cü ilin sonuna qədər ayda 100 000 mərmi səviyyəsinə çatmağa çalışır. Agentlik qeyd edib ki, son aylarda ABŞ-nin 155 mm-lik mərmi ehtiyatı Ukrayna və İsrailə tədarüklər səbəbindən tükənib. Вернуться назад |