Главная > Dünya > Kanberra və Pekin ikitərəfli tərəfdaşlığı bərpa edib

Kanberra və Pekin ikitərəfli tərəfdaşlığı bərpa edib


17-06-2024, 16:18. Разместил: azadses
Kanberra və Pekin iki ölkə arasında münasibətləri sabitləşdirərək tərəfdaşlıqlarını “bərpa edib və canlandırıb”.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze çinli həmkarı Li Syan ilə görüşündən sonra çıxışı zamanı deyib.

Avstraliya hökumətinin başçısı Pekin və Kanberra arasında əlaqələrin iki ölkə hökumətlərinin “bir-biri ilə birbaşa işlədiyi” zaman ən dinamik şəkildə inkişaf etdiyini bildirib və Avstraliya və Çin arasında dialoqun hər iki dövlətin xalqları və ümumilikdə Hind-Sakit okean regionu üçün əhəmiyyətini bir daha vurğulayıb.

“Çin Avstraliyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və regionun açıq, sabit və firavan saxlanmasında mühüm rol oynayır. Dialoq Pekinlə münasibətlərimizin əsas prinsipi olaraq qalır, çünki bu, bir-birimizlə qarşılıqlı əlaqənin ən effektiv forması, ümumi maraqlarımızın həyata keçirilməsində və regional sabitliyin qorunmasında irəliləyiş əldə etməyimizin yeganə yoludur”, – Baş nazir söyləyib.

Albaneze həmçinin qeyd edib ki, hökumət başçıları arasında aparılan danışıqlar zamanı “bir neçə anlaşma memorandumu imzalanıb” və Avstraliya vətəndaşları üçün Çinə vizasız giriş məsələsində mühüm irəliləyiş əldə olunub.

“Avstraliya və Çin nəinki qarşılıqlı əlaqələrini bərpa edib, həm də fəallaşdırıblar. Biz artıq proses davam etdikcə praktiki əməkdaşlığımızı formalaşdırmağa və stimullaşdırmağa davam edəcək bir sıra anlaşma memorandumları və sazişlər üzrə razılığa gəlmişik”.


Вернуться назад