Главная > Dünya > Venesuelada 6,1 maqnitudada zəlzələ baş verib

Venesuelada 6,1 maqnitudada zəlzələ baş verib


23-06-2024, 16:19. Разместил: azadses
Venesuelada 6,1 maqnitudada zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə, zəlzələ ocağı 98 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Вернуться назад