Главная > Dünya > Polşa yeni milli təhlükəsizlik strategiyası hazırlayır

Polşa yeni milli təhlükəsizlik strategiyası hazırlayır


5-07-2024, 15:32. Разместил: azadses
Polşa hakimiyyəti 2020-ci ildə qəbul edilmiş sənədi əvəz etmək üçün yeni milli təhlükəsizlik strategiyası hazırlamağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosu "X" səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Polşa Prezidenti Anjey Duda müvafiq sənədin hazırlanması ilə bağlı Nazirlər Şurasına tövsiyə verib.

Duda strategiyanın yenilənməsinin zəruriliyini Ukraynadakı müharibə səbəbindən regionda geosiyasi vəziyyətin dəyişməsi ilə izah edib.


Вернуться назад