Главная > Dünya > İsrail Livanın müxtəlif bölgələrində "Hizbullah"ın infrastrukturuna zərbələr endirib
İsrail Livanın müxtəlif bölgələrində "Hizbullah"ın infrastrukturuna zərbələr endirib17-07-2024, 16:20. Разместил: azadses |
İsrail ordusu Livanın müxtəlif bölgələrində "Hizbullah"ın infrastrukturuna zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti (IDF) məlumat yayıb. İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Yarine, Aita əş-Şab və Alma əl-Haeb bölgələrində "Hizbullah"ın infrastrukturunu vurub. Bununla yanaşı, İsrail Müdafiə Qüvvələri Livandan atılan 15 raketdən bəzilərini ələ keçirib, qalanları açıq ərazilərə düşüb. İtkilər barədə məlumat yoxdur. Вернуться назад |