Главная > Dünya > Filippin sahillərində güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Filippin sahillərində güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib


3-08-2024, 14:42. Разместил: azadses
Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 233 min nəfər əhalisi olan Maquqpo Poblasion yaşayış məntəqəsindən 124 km şimal-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.

Yaponiya Meteorologiya İdarəsi bölgədə sunami təhlükəsi elan edib.


Вернуться назад