Главная > Dünya > Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib
Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib16-08-2024, 11:19. Разместил: azadses |
“Ən yüksək dövlət postuna can atan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğursuz miqrasiya siyasəti 20 milyon qeyri-qanuni miqrantın ABŞ-a daxil olmasına şərait yaradıb”. “Report” xəbər verir ki, bunu Amerikanın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. “Ən azı 20 milyon insanın ölkəmizə qanunsuz daxil olmasına imkan verdi. O, miqrantlara vətəndaşlıq verməklə, onların ictimai səhiyyə və sosial təminatdan pulsuz istifadə etməsinə nazil olmaq istəyir”, - deyə o qeyd edib. Miqrasiya böhranı ABŞ-da hazırkı seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq onun kəskin artmasına görə demokratları günahlandırırlar. Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük qanunsuz miqrant deportasiyasını təşkil edəcək. Вернуться назад |