Главная > Dünya > KİV: İran və "Hizbullah" Doha danışıqları fonunda yumşalır
KİV: İran və "Hizbullah" Doha danışıqları fonunda yumşalır17-08-2024, 12:10. Разместил: azadses |
İran və Livanın "Hizbullah" hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Dohada aparılan danışıqlar fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb. “Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşr qeyd edir ki, İsrail kəşfiyyat xidmətləri “Hizbullah" və İranın yumşaldığı qənaətinə gəliblər. Bununla belə, İsrail İranın mümkün zərbəsinin gələcəkdə baş tuta biləcəyini istisna etmir. İsrail hökuməti kəşfiyyat məlumatlarının daim dəyişdiyini bəyan edir. Xatırladaq ki, ötən həftə HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İran və “Hizbullah” onların qisasını almağa söz verib. Bundan sonra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb. Вернуться назад |