Главная > Dünya > İsrail ordusu "Hizbullah"ın 20 üzvünü zərərsizləşdirib
İsrail ordusu "Hizbullah"ın 20 üzvünü zərərsizləşdirib25-08-2024, 08:53. Разместил: azadses |
Son günlər İsrail hərbçiləri "Hizbullah" hərəkatının 20 üzvünü zərərsizləşdirib. “Report”un xəbərinə görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib. Haqarinin sözlərinə görə, zərərsizləşdirilən radikallar arasında hərəkatın yüksək səviyyəli komandirləri də var. O, həmçinin bildirib ki, Livanda silah-sursat anbarları da daxil olmaqla 70 hərbi obyektə hücum olub. İsrail ordusunun sözçüsü əlavə edib ki, məqsəd "Hizbullah"ı zəiflətmək üçün sistemli və nizamlı zərbələr endirməkdir: "İsrail ordusunun genişmiqyaslı hücum planları var və siyasi səviyyədə qəbul edilən qərarlara uyğun hərəkət edəcək". Вернуться назад |