Главная > Dünya > BAEA Rusiya reaktorlarının alınmasında Ukraynaya texniki dəstək verəcək
BAEA Rusiya reaktorlarının alınmasında Ukraynaya texniki dəstək verəcək4-09-2024, 12:08. Разместил: azadses |
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Belene Atom Elektrik Stansiyası layihəsi üçün Bolqarıstandan iki reaktor və Rusiya istehsalı olan digər avadanlıq almaq istəyən Ukraynaya texniki yardım göstərəcək. “Report” xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra təşkilatın saytında dərc olunmuş press-relizdə bildirilib. Kiyevə səfəri zamanı Qrossi və Zelenski MAQATE-nin Ukraynaya “Xmelnitski” AES üçün təxirə salınmış “Belene” AES layihəsi ilə bağlı avadanlığın satın alınmasını həyata keçirmək üçün nüvə təhlükəsizliyi məsələləri üzrə texniki dəstək və məsləhətlər verəcəyini müzakirə ediblər. Qeyd olunub ki, bu, Ukraynaya beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq planlarını davam etdirməyə kömək edəcək. Вернуться назад |