Главная > Dünya > İsrail ordusu Livanda “Hizbullah”ın 800-ə yaxın hədəfinə hücum etdiyini açıqlayıb

İsrail ordusu Livanda “Hizbullah”ın 800-ə yaxın hədəfinə hücum etdiyini açıqlayıb


24-09-2024, 09:41. Разместил: azadses
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi sentyabrın 23-də gün ərzində “bir neçə dalğa ilə” Livanın cənubunda, Bekaa vadisində və Livan ərazisinin dərinliklərində “Hizbullah”ın 800-ə yaxın hərbi obyektinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Dəqiq kəşfiyyat məlumatlarına əsasən İsrail ordusu “Hizbullah”ın raketlər, buraxılış qurğuları və pilotsuz uçuş aparatları saxladığı binalara hücum edib”, - məlumatda deyilir.

Mətbuat xidmətindən əlavə edilib ki, İsrail ordusu ölkə vətəndaşları üçün təhlükəni aradan qaldırmaq, həmçinin “Hizbullah” terror təşkilatının hərbi imkanlarını və infrastrukturunu məhv etmək üçün hücumlar həyata keçirir.


Вернуться назад