Главная > Dünya > Kosta-Rika sahillərində 6,2 maqnitudada zəlzələ olub

Kosta-Rika sahillərində 6,2 maqnitudada zəlzələ olub


13-10-2024, 09:42. Разместил: azadses
Kosta-Rika sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentr təxminən 3,2 min insanın yaşadığı Sardinal dairəsindən 53 km qərbdə, ocağı 25 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.


Вернуться назад