Главная > Dünya > Macarıstan Aİ-nin Rusiyanın enerji resurslarından imtina etmək planını tənqid edib
Macarıstan Aİ-nin Rusiyanın enerji resurslarından imtina etmək planını tənqid edib16-10-2024, 09:42. Разместил: azadses |
“Avropa Birliyinin 2027-ci ilə qədər Rusiya enerjisini mərhələli şəkildə dayandırmaq planı ideoloji motivlidir və irrasionaldır”. “Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Onun sözlərinə görə, Budapeşt belə yanaşmanı dəstəkləmir: “Enerji ilə bağlı siyasi öhdəliklər götürməyin mənası yoxdur. Bu cür doqmatik ideoloji yanaşma bizə uyğun deyil”. Nazir əlavə edib ki, o, Aİ planını səmərəsiz və Qərbin iqtisadi rəqabət qabiliyyəti məsələlərinə aidiyyatı olmayan hesab edir. Вернуться назад |