Главная > Dünya > Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq

Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq


18-10-2024, 17:19. Разместил: azadses
Rumıniya, Bolqarıstan və Türkiyə arasında hərbi mobillik dəhlizinin yaradılması ilə bağlı NATO-ya üzv ölkələrin hərbi idarə rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində Rumıniyanın milli müdafiə naziri Ancel Tılver niyyət məktubu imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Getdikcə mürəkkəbləşən qlobal təhlükəsizlik vəziyyəti kontekstində silahlı qüvvələrin regionda effektiv yerləşdirilməsi üçün logistik proseslərin sadələşdirilməsi və uyğunlaşdırılmasına təcili ehtiyac var", - hesabatda vurğulanır.

Qeyd olunur ki, imzalanmış niyyət məktubu üç ölkə arasında qoşunların, texnikanın və hərbi materialların sürətli və etibarlı çatdırılmasını təmin edəcək əsas təchizat marşrutlarının əlaqələndirilmiş şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

"Hərbi mobillik NATO və Aİ arasında əməkdaşlığın flaqman layihəsidir və Qara dəniz regionunda etibarlı çəkindirmə və müdafiə mövqeyinin əsas elementini təşkil edir", - Rumıniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.


Вернуться назад