Главная > Dünya > KİV: ABŞ Harrisin qələbəsi halında Ukraynanı NATO-ya dəvət edə bilər

KİV: ABŞ Harrisin qələbəsi halında Ukraynanı NATO-ya dəvət edə bilər


20-10-2024, 08:00. Разместил: azadses
ABŞ-də prezident seçkilərində Kamala Harrisin qələbəsi halında hazırkı dövlət başçısı Cozef Bayden Ukraynanın NATO-ya dəvət edilməsi prosesini başlada bilər.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, oktyabrın 12-də Berlində keçirilmiş görüşdə ABŞ, Britaniya, Fransa və Almaniya liderləri Ukraynanın alyansa dəvət edilməsi məsələsində fikir ayrılığına düşüblər. Kiyev təkid edir ki, NATO-ya dəvət onun üçün ən yaxşı təhlükəsizlik zəmanəti olacaq. ABŞ-nin bu addıma prinsipial etirazı yoxdur, Almaniya isə buna qarşı çıxır.

Nəşrin Avropadakı diplomatik mənbəyi ehtimal edib ki, noyabrda Harrisin qələbəsi halında Bayden onun yanvarda inauqurasiyasınadək Ukraynanı bloka dəvət edə bilər. Lakin respublikaçı Donald Trampın qələbəsi halında Baydenin ən kiçik təşəbbüsü vəziyyəti pisləşdirmək riski daşıyır.

Xatırladaq ki, oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Ali Radada çıxış edərək öz “qələbə planı”nı təqdim edib. Onun sözlərinə görə, plan beş bənddən ibarətdir və birinci bənd münaqişə başa çatmadan Kiyevin NATO-ya dəvət edilməsini nəzərdə tutur.


Вернуться назад