Главная > Dünya > Yüzdən çox miqrant Türkiyənin qərb sahilində yaxalanıb
Yüzdən çox miqrant Türkiyənin qərb sahilində yaxalanıb20-10-2024, 10:31. Разместил: azadses |
Oktyabrın 18-də Türkiyənin qərb sahilində uşaqlar daxil olmaqla 116 miqrant Sahil Mühafizəsi tərəfindən yaxalanıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nəzdindəki Sahil Mühafizə Komandanlığının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 18-də saat 03:45-də Çanaqqala şəhərinin Ayvacık rayonunda rezin qayıqda hərəkət edən bir qrup (18-i uşaq olmaqla 40 nəfər) köçkün xilas edilib. Cəmi iki saat sonra analoji hadisə İzmir şəhərinin Foça rayonu sahilində baş verib. Bu dəfə ikisi uşaq olmaqla 27 nəfər yaxalanıb. Eyni gün saat 16:07-də isə İzmirin Karaburun sahilində 14-ü uşaq olmaqla 49 miqrantı saxlayan rezin qayıq saxlanılıb. Xatırladaq ki, oktyabrın 19-da ölkəsində üç milyona yaxın suriyalı qaçqının olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Livandakı vəziyyətlə əlaqədar Türkiyəyə gələnlər üçün də qapını açıq tutduqlarını” açıqlamışdı. Dövlət başçısı Yaxın Şərq ölkəsində həmçinin türkmanların yaşadığına diqqət çəkmiş, “soydaşlar üçün qapını açıq saxladıqlarını” söyləmişdi. Вернуться назад |