Главная > Dünya > Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq

Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq


23-10-2024, 16:23. Разместил: azadses
Böyük Britaniya və Almaniya oktyabrın 23-də Londonda genişləndirilmiş müdafiə tərəfdaşlığı sazişi imzalayacaqlar.

"Report"un "The Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Trinity House Agreement” adlanan sazişə əsasən, Böyük Britaniya və Almaniya NATO-nun şərq cinahında daha tez-tez birgə hərbi təlimlər keçirməyə başlayacaq, pilotsuz təyyarələrin istehsalı üzrə əməkdaşlıq edəcək və Şimal dənizində sualtı infrastrukturun birgə qorunmasına başlayacaq.

Sənədin digər mühüm maddəsi Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” dəniz kəşfiyyat təyyarəsinin “Şimali Atlantikanı qorumaq üçün” Şotlandiyanın şimal-şərqindəki Lossimut aviabazasında vaxtaşırı yerləşdirilməsidir. Qəzet qeyd edib ki, alman hərbi pilotları İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Böyük Britaniya üzərində uçuşlara başlayacaqlar.

Yeni saziş çərçivəsində tərəflər uçuş məsafəsi hazırda hər iki ölkə ilə xidmətdə olan modelləri üstələyən uzaqmənzilli raketlərin birgə hazırlanmasına başlayacaqlar. Bundan əlavə, Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Almaniya dəniz kəşfiyyat təyyarələrində istifadə oluna bilən Britaniya “Sting Ray” torpedolarını almaqda maraqlı olduğunu bildirib.


Вернуться назад