Главная > Dünya > Çilidə internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb
Çilidə internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb24-10-2024, 08:00. Разместил: azadses |
Çilinin paytaxtı Santyaqoda internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində azı 35 şagird xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə “Bio Bio” radiostansiyası məlumat yayıb. Hadisə məktəbin sanitar qovşağında “Molotov kokteyli” hazırlayarkən baş verib. Ehtiyatsız davranma səbəbindən partlayış, ardınca isə yanğın olub. Xəstəxanaya yerləşdirilən 11 şagirdin vəziyyəti ağırdır. Onların yaşı 15-18 arasında dəyişir. Səlahiyyətli orqanlar hadisə ilə bağlı araşdırma aparır. Вернуться назад |