Главная > Dünya > Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq
Aİ Moldovada dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq13-11-2024, 09:46. Разместил: azadses |
Avropa İttifaqı (Aİ) Moldovada dəmir yolunun Şimal-Cənub dəhlizinin marşrutu üzrə 375 km-lik hissəsinin yenidən qurulmasına 32 milyon avro sərmayə qoyacaq. "Report" xəbər verir ki, bu barədə Aİ-nin Kişinyovdakı Nümayəndəliyi məlumat yayıb. Layihənin həyata keçirilməsi üçün Moldova Dəmir Yolları tenderdə qalib gələn və nəzarət üçün dəstək xidmətləri göstərəcək “Obermeyer Hellas” (Yunanıstan) və “DB Engineering & Consulting” (Almaniya) şirkətləri ilə müqavilə imzalayıb. Bu, Aİ-nin “Həmrəylik dəhlizləri” təşəbbüsünün bir hissəsidir və Rumıniya, Ukrayna və Moldova arasında malların ixracını, idxalını və tranzitini artırmaq məqsədi daşıyır. Вернуться назад |