Главная > Dünya > Argentinada inflyasiya ilin əvvəlindən 107 %-ə çatıb
Argentinada inflyasiya ilin əvvəlindən 107 %-ə çatıb13-11-2024, 14:00. Разместил: azadses |
Argentinada oktyabr ayında qiymətlərin artımı 2,7% olub, ilin əvvəlindən isə inflyasiya 107 %-ə yüksəlib. “Report”un xəbərinə görə, bu göstəricilər ölkənin Statistika və Siyahıyaalma İnstitutunun yayımladığı məlumatlarda yer alıb. “İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin oktyabr ayında 2,7 %, ilin əvvəlindən isə ötən ilin müvafiq ayı ilə müqayisədə 107 % artıb”, - məlumatda bildirilir. Oktyabr ayının göstəricisi, 2021-ci il noyabrdan ən aşağı səviyyə olub və inflyasiyanın artım sürətinin yavaşlamağa başladığını təsdiqləyib. Oktyabr ayında qiymətlərin artımına ən çox təsir edən amillər arasında kommunal xidmətlər (+5,4 %), geyim (+4,4 %) və mehmanxana və restoran xidmətləri (+4,3 %) olub. Argentina artıq bir neçə ildir, ən yüksək inflyasiya göstəricilərinə sahib olan ölkələrdəndir. 2023-cü ildə qiymət artımı 211,4 %, 2022-ci ildə 94,8 %, 2021-ci ildə isə 50,9 % olub. Вернуться назад |