Главная > Dünya > Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb

Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb


20-11-2024, 09:43. Разместил: azadses
Şimali Koreyanın 10 900 əsgəri Rusiyanın hava-desant qoşunları və dəniz piyadalarının heyətində ölkənin Kursk vilayətinə yerləşdirilib, onların bir qisminin döyüşlərdə iştirak etdiyi güman edilir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya parlamentinin Kəşfiyyat komitəsinin nümayəndəsi Pak Son Von jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Şimali Koreya həmçinin haubitsa və reaktiv yaylım atəş sistemi daxil olmaqla Ukraynada müharibə üçün əlavə silah da tədarük edib.

Deputat qeyd edib ki, Milli Kəşfiyyat Xidməti Şimali Koreya qoşunlarının dəqiq itkilərini müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, noyabrın 11-də Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya etmişdi.

Noyabrın 9-da isə eyni sənədi Rusiya Prezidenti Vladimir Putin təsdiqləmişdi.


Вернуться назад