Главная > Dünya > Siyarto: Bayden administrasiyası Trampın Ukraynada sülh əldə etməsinə mane olmağa çalışır
Siyarto: Bayden administrasiyası Trampın Ukraynada sülh əldə etməsinə mane olmağa çalışır22-11-2024, 12:10. Разместил: azadses |
Ağ Evi tərk edəcək Cozef Bayden administrasiyası və onun Avropadakı müttəfiqləri yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə nail olmasına mane olmağa çalışır. “Report”un məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib. O xatırladıb ki, respublikaçı namizəd seçki kampaniyası zamanı Ağ Evə qayıtdıqdan sonra Ukraynadakı vəziyyəti həll etməyə hazır olduğunu bildirib: “Qarşıda hələ iki ayımız var və aydındır ki, Demokratik administrasiya və onun avropalı liberal dostları sülhü qeyri-mümkün etmək üçün bütün mümkün addımları atmağa qərar veriblər. Son günlərdə baş verən son dərəcə narahatedici hadisələr, o cümlədən uzaqmənzilli Qərb silahlarının Rusiya ərazisinin dərinliklərinə atılması və Rusiyanın “Oreşnik” ballistik raketindən istifadə etməsi “bir şeyi təsdiqləyir: sülh dərhal bağlanmalıdır. Sülh tərəfdarlarının indi müdrikliyə, strateji sakitliyə və tədbirliliyə ehtiyacı var ki, 20 yanvarda bir neçə gün əvvəl bəslədiyimiz ümid hələ də yaşasın”. Nazir təsdiqləyib ki, Macarıstan dərhal atəşkəsə üstünlük verir və Ukraynaya növbəti silah tədarükünü son dərəcə təhlükəli hesab edir. Вернуться назад |