Главная > Dünya > Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq
Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq25-11-2024, 15:43. Разместил: azadses |
Rumıniya Sosial-Demokrat Partiyasının lideri, Baş nazir Marçel Çolaku və mərkəz-sağçı “Rumıniyanın Xilası İttifaqı” partiyasının üzvü Elena Laskoni dövlət başçısı seçkilərinin ikinci turunda qarşılaşacaqlar. “Report” xəbər verir ki, bu, Şəhər və Regional Sosiologiya Mərkəzinin Bakı vaxtı ilə saat 23:00-a olan ekzit-pol nəticələrindən bəlli olub. Məlumata görə, seçkilərin birinci turunda Çolaku səslərin 25 %-ni, Laskoni isə 18,1 %-ni toplayıb. Seçkilərdə qeydiyyatdan keçmiş seçicilərin 52,41 %-i iştirak edib. Birinci turda prezidentliyə namizədin qeydiyyatdan keçmiş seçicilərin minimum 50 %+1 səsini toplaması lazım olduğundan dekabrın 8-də Çolaku və Laskoninin iştirakı ilə ikinci tur keçiriləcək. Вернуться назад |