Главная > Dünya > İsveçrə hökuməti sərt bitərəflikdən imtina etmək niyyətindədir
İsveçrə hökuməti sərt bitərəflikdən imtina etmək niyyətindədir28-11-2024, 11:19. Разместил: azadses |
İsveçrə hökuməti ölkənin konstitusiyasında sərt bitərəfliyin qorunması, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyalarda Bernin iştirakının qadağan edilməsi barədə müddəanın təsbit edilməsinə qarşı çıxıb. “Report” xəbər verir ki, bu barədə hökumətin məlumatında deyilir. Hökumət parlamentə 2025-ci ildə ümummilli referenduma çıxarılmalı olan bu təşəbbüsə mənfi münasibət bildirməyi tövsiyə edib. “Federal Şura "İsveçrə bitərəfliyinin qorunması" federal xalq təşəbbüsü ilə bağlı müraciəti qəbul edib”, – məlumatda qeyd olunub. Hökumət Federal Məclisin palatalarina "bu təşəbbüsü rədd etməyi" tövsiyə edib, çünki onun fikrincə, "konstitusiyaya sərt bitərəflik tərifinin daxil edilməsi İsveçrənin maraqlarına cavab vermir və xarici siyasət məsələlərində onun manevr məkanını azaldacaq". Bitərəflik məsələsinin ümumxalq səsverməsinə çıxarılması təşəbbüsü ilə əvvəllər ölkənin ən böyük siyasi qüvvəsi olan mühafizəkar İsveçrə Xalq Partiyasının (İXP) dəstəyinə arxalanan “Pro Suisse” ictimai təşkilatı çıxış edib. Bu ideyanın tərəfdarları konstitusiyada hərbi ittifaqlarda və BMT tərəfindən təsdiqlənməyən müharibə aparan dövlətlərə qarşı sanksiyalarda iştirakın qadağan edilməsini təklif edirlər. Вернуться назад |