Главная > Dünya > Norveç 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avroya çatdıracaq

Norveç 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avroya çatdıracaq


29-11-2024, 11:20. Разместил: azadses
Norveç hökuməti Ukraynaya yardımın 35 milyard krona (3 milyard avro) artırılmasını təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə hökumətin saytında dərc olunan məlumatda deyilir.

"Dəstək proqramının daha üç il müddətinə uzadılması və gələn il Ukraynaya azı 35 milyard kron ayrılması barədə razılıq əldə olunub", - press-relizdə deyilir.

Qeyd edilir ki, Kiyevə yardım proqramı 2030-cu ilə qədər uzadılıb.

Bu məbləğin 22,5 milyard kronu hərbi yardıma, qalan 12,5 milyard NOK isə humanitar və mülki yardıma ayrılacaq.

Daha əvvəl Norveçin Baş naziri Yonas Qar Styor bildirib ki, ölkə Ukraynaya dəstək proqramı çərçivəsində yardımı 2024-cü ildəki 27 milyard krondan 30 milyarda çatdırmaq qərarına gəlib.


Вернуться назад