Главная > Dünya > Belarusda ordunun ehtiyacları üçün “Starlink”in analoqu hazırlanır
Belarusda ordunun ehtiyacları üçün “Starlink”in analoqu hazırlanır30-11-2024, 08:55. Разместил: azadses |
Dekabr ayına qədər Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq. “Report” xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin rabitə rəisi Vadim Romaniv “Belarus 1” telekanalının efirində bildirib. Onun sözlərinə görə, kəşf Belarus prezidentinə ötən il təqdim edilib: “Bu il biz bu dəsti demək olar ki, mükəmməl şəkildə inkişaf etdirdik və keyfiyyətini, göstərilən xidmətlərin sayını artırdıq”. Rabitə rəisi vurğulayıb ki, dekabrda orduda başlayacaq yeni tədris ili başlamazdan əvvəl Belarus Silahlı Qüvvələrinə yeni rabitə dəsti veriləcək. Вернуться назад |